AZ

Kurban Berdiyevin "Turan" nağılı BİTİR

Kurban Berdiyevin «Turan» nağılı sona yaxınlaşmaq üzrədir.

O, bir himə bənddir. Ki, ayrılıq mesajı yazaraq, qapısını Ehtiram Quliyevin üzünə bağlasın.

İstəkləri çoxdur adamın. Ona yaradılan şəraiti bəyənmir. 72 yaşlı qoca nə vaxtdır özünü uşaq kimi aparır, hər şeyə bir «mız» qoyur.

Berdiyevin təhər-töhürü təkcə yönəticilərə açıq gəlmir. Futbolçular da artıq onun oynatdığı futbolu oynamaq istəmirlər.

«Sabah» önündəki «Turan» cəmi 60 dəqiqə öz yoluyla getdi.

Getdi, getdi və dayandı.

1:0-ı qorumaq üçün geriyə çəkilmək qələbənin əldən çıxmasıyla nəticələndi. «Sabah» cinahlara yayılmayıb, əvəzində hücumun sivri ucunda çoxluq yaratsaydı, «Turan»a daha 1-2 qol vurardılar.

Berdiyev son 30 dəqiqədə oyuna müxadilə edə bilmədi. Sakit dayanıb baxdı, sadəcə. «Olanımız budur, futbolçular daha dartmır» oxunurdu baxışlarından.

Quliyev ürəyindən keçən legionerləri qış fasiləsində almasa, Premyer Liqada növbəti baş məşqçi ayrılığı haqda xəbəri Tovuzdan alacağıq.

Şəkk və şübhəniz olmasın.

İdarəçilərlə Berdiyevin münasibətlərindəki gərginlik yerli publikanın da gözündən yayınmayıb. Stadion daha dolmur. Tribunalar öncəkitək meydanın atmosferini qızışdırmır.

MUSA

Seçilən
12
sportinfo.az

1Mənbələr