AZ

Netanyahu Livanda atəşkəs planını nazirlərlə müzakirə edəcək

İsrailin baş naziri Benyamin Netanyahu xüsusi televiziya müraciətində bildirib ki, o, Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəlib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, İsrail "Hizbullah" birləşmələrinin hücumları halında tam sərbəst hərəkət etmək hüququnu özündə saxlayır.

"Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti nə baş verəcəyindən asılıdır. Birləşmiş Ştatlarla tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. Əgər "Hizbullah" razılaşmaları pozub silahlanmağa cəhd etsə, hücuma keçəcəyik. "Hizbullah" sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd etsə, hücuma keçəcəyik” - baş nazir bildirib.

Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək.
Hökumət başçısı hazırda atəşkəsə razılıq vermək qərarını üç əsas mülahizə ilə izah edib: “İran təhlükəsinə diqqət yetirmək, silah təchizatını artırmaq və qüvvələri bərpa etmək .

Seçilən
14
35
ucnoqta.az

10Mənbələr