AZ

“Azercell” jurnalistlər üçün təlim keçirəcək

Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir

Publika.az xəbər verir ki, “Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərini davam edir.

Lider mobil operator 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahə üzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək.

Beynəlxalq təlim mərkəzi tərəfindən “Media texnologiyaları: yeniliklər və trendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yeni media tendensiyaları və qabaqcıl texnologiyalar haqqında biliklərini dərinləşdirmək imkanı verəcək.

Təlimdə iştirak etmək istəyən jurnalistlərdən https://forms.office.com/r/g1VyFRzqvD səhifəsindən qeydiyyatdan keçmək xahiş olunur.

Çap və elektron kütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinə malik media nümayəndələri müvafiq anketi dolduraraq şəxsi məlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi) texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərc etdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.

Seçilən
11
10
publika.az

10Mənbələr