AZ

Paşinyan KTMT-dən çıxmaq və Rusiya Federasiyası ilə münasibətləri pozmaq fikrindən daşınıb?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan lideri Nikol Paşinyan bu həftə KTMT-nin sammitini buraxacaq, lakin eyni zamanda veto hüququndan istifadə etməyəcəyini və müttəfiqlərin sammitdə sənədlərin imzalanmasına mane olmayacağını vəd edib.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayb.
Bildirilir ki, Paşinyan hələ də iki kresloda oturur - KTMT-nin işini boykot edir, lakin o, həm də müttəfiqlərini Təşkilatı tərk etmək təhdidləri ilə hədələməyi dayandırıb. Görəsən niyə?
Bu barədə Rusiya Maliyyə Universitetinin dosenti Gevorq Mirzəyan NEWS.ru-ya müsahibəsində öz fikirlərini bildirib.
"Oyunun mahiyyəti sadədir: Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası istisna oluna bilməz. İndi Paşinyan xarici kuratorlarının tapşırıqlarını yerinə yetirərək Bakı ilə barışmaqdan imtina edir. Beləliklə, Paşinyan erməni ictimai rəyi fonunda hansısa yolla ayaqda qalmağa çalışır", - Mirzoyan hesab edir.
Ekspertin fikrincə, Ermənistan lideri KTMT-dən çıxmaq və ölkəsini qonşusu ilə müharibəyə təhrik etmək istərdi, nəticədə Ermənistanı nəhayət, "ABŞ-nin böyük hərbi bazasına" çevirmək mümkün olardı, digər tərəfdən, "müharibədə məğlubiyyətin günahını Rusiyanın üzərinə atmaq olardı".
"Bu baxımdan, Ermənistanın KTMT-dən çıxarılmasına Paşinyanın həqiqətən ehtiyacı var. O zaman bütün Paşinyan mediası Azərbaycana növbəti məğlubiyyətini çox sadə izah edəcək: Rusiya Ermənistanı KTMT-dən çıxarıb, bununla da onu müdafiədən məhrum edib. Və dərhal sual yaranacaq ki, bəs Fransanın və ABŞ-nin müdafiəsi?", - ekspert qeyd edib.
İrəvan iqtisadi sahədə Rusiya Federasiyası ilə dostdur, siyasətdə isə onu boykot edir. Ermənistan KTMT-dəki hərbi-siyasi müttəfiqlərinə məhəl qoymur, eyni zamanda, Moskva ilə ticarəti inkişaf etdirir. Ekspertlər qeyd edirlər ki, baş nazir Nikol Paşinyan çoxdan belə bir ikili mövqe tutub.
"İrəvanda hesab edirlər ki, KTMT Ermənistanı qorumaq funksiyalarını yerinə yetirmir, ona görə də KTMT tədbirlərində iştirak etməkdən imtina edirlər. Amma eyni zamanda təşkilatdan çıxmaqdan imtina edirlər. Paşinyan deyir gah çıxırıq, gah da çıxmırıq. Nəticədə o, KTMT-də iştirakın "dondurulması" formulunu icad edib", - Mirzəyan deyir. Ekspert xatırladır ki, KTMT-nin nizamnamə sənədlərində belə bir ifadə yoxdur.
"Amma Moskva Paşinyanın oyunlarını oynamır, ölkə rəhbərliyi indiyədək özünü çox ehtiyatlı aparıb", - politoloq hesab edir.
Müstəqil hərbi ekspert Aleksandr Xramçixin qeyd edir ki, İrəvan Rusiyadan siyasi cəhətdən uzaqlaşmağa çalışır və bu, hər şeydə özünü göstərir.
"Paşinyan hətta silahlarımızı bizdən yox, Hindistan və ya Yunanıstan vasitəsilə almaq istəyir. Yeni heç nə yoxdur. Bu, uzun müddətdir ki, onun prinsipial mövqeyidir. Hətta iqtisadiyyatla bağlı suallar - harada və nə qədər almaq, daha bahalı və ya daha ucuz - artıq rol oynamır", - Xramçixin NEWS.ru-ya izah edib.
Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası mərkəzinin rəhbəri Vadim Kozyulin isə qeyd edib ki, son aylar İrəvan KTMT-dən çıxmaqla hədələməyi dayandırıb. O, Paşinyanın davranışına Ermənistanla Avropa İttifaqı arasında yeganə quru yolunun keçdiyi qonşu Gürcüstanın xarici siyasətində yaranan dönüşün təsir etdiyini istisna etmir.
"Moskva ilə Tbilisi arasında münasibətlərdə müəyyən istiləşmə Paşinyanın həm ritorikasına, həm də hərəkətlərinə təsir edə bilər. Bütün "anti-rusiyaçılığına" baxmayaraq, o, hələ də praqmatik siyasətçidir. Nəzərə almalıdır ki, Ermənistan coğrafi baxımdan Fransa və ya ABŞ-dən uzaqda olsa da, Rusiya və Gürcüstana yaxındır. Əlbəttə, bu, Paşinyanın motivasiyasında əsas deyil, lakin o, müəyyən dərəcədə Rusiya-Gürcüstan münasibətlərində yeni tendensiyanı nəzərə alır", - Kozyulin NEWS.ru-ya bildirib.
Seçilən
38
50
oxu.az

10Mənbələr