Leo Messinin formasını geyindiyi "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Xaviyer Maskerano gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Maskerano futbolçu karyerasında Messi ilə birlikdə "Barselona"da çıxış edib. Onlar birlikdə 414 matçda meydanda olublar.