AZ

Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ

ABŞ-ın artıq Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə etirazı yoxdur.

Publika.az "T24" portalına istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​deyib.

"Amerika tərəfi ilə son ​​görüşlərimiz zamanı onların "S-400" kontekstində bizdən istədiklərini rədd etdik. İndi amerikalıların buna etirazı yoxdur", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Türkiyə tərəfi "S-400"lərin istifadə olunacağı əraziləri müəyyənləşdirib. O qeyd edib ki, hava hücumundan müdafiə sistemi istifadə olunmazdan təxminən 12 saat əvvəl yerləşdiriləcək.

Türkiyə 2019-cu ildə aldığı "S-400" alay dəstinin tədarükü üçün 2017-ci ildə Rusiya ilə müqavilə bağlayıb. Eyni zamanda ABŞ Rusiya sistemlərindən "Patriotun" xeyrinə imtina edilməsini tələb etsə də, Ankara bununla razılaşmayıb. Bundan sonra ABŞ Türkiyəni ən son "F-35" qırıcılarının tədarükü proqramından kənarlaşdırıb.

Seçilən
31
1
publika.az

2Mənbələr