AZ

Bayden komandası Ukraynanın 2025-ci ildə döyüşə bilməsi üçün mümkün olan hər şeyi edəcək - Blinken

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın 2025-ci ildə döyüşə biləcəyini təmin edəcək. Qərbin ukraynalılara dəstəyi dayanmayacaq.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin mətbuat konfransında dediklərinə istinadən xəbər verir.

Blinkendən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ukraynalılara dəstəyi dayandırmaq qərarına gəlsə, Ukraynaya yardımla bağlı Avropa ölkələri arasında konsensusun olub-olmayacağı soruşulub.

O, cavabında xatırladıb ki, Rusiya işğalçılarına qarşı müharibədə Ukraynaya yardımın maliyyələşdirilməsi Konqresdə təkcə demokratlar deyil, həm də respublikaçılar tərəfindən dəstəklənib. Eyni zamanda, Ukraynaya yardım qlobal səylərə əsaslanır; onu 50-dən çox ölkə dəstəkləyir.

O, əmin edib ki, ABŞ və müttəfiqləri yaxın həftələrdə Ukraynaya döyüş sursatı ötürmək, qüvvələri səfərbər etmək, Ukrayna hərbçilərinə təlim keçmək və s. üzərində çalışacaq.

QAZİLER.AZ

Seçilən
40
qaziler.az

1Mənbələr