Türkiyədə yeni başlayan “Uzak Şehir” serialı dünən axşam yayımlanan bölümü ilə ümumi reytinq qrupunda ilk pillədə qərarlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kanal D” məlumat yayıb.
Bununla da ekran işi birdən-birə 10 reytinq həddini aşan ilk serial olub.
Baş rollarda Sinem Ünsal və Ozan Akbabanın yer aldığı serial bu nəticə ilə mövsümün də reytinq rekordunu qırıb.