AZ

70 kq qızılla tutulan Qəhrəman Məmmədovun FOTOSU

Məlum olduğu kimi, İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham irəli sürülüb.
 
Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.
 
Qəhrəman Məmmədovun uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşı olduğu bildirilir.
 
"Savashmedia"a istinadla Qəhrəman Məmmədovun fotosunu təqdim edirik:
Seçilən
12
21
moderator.az

10Mənbələr