AZ

USQ Kurskda KXDR ordusunun bir generalını yaralayıb və bir neçə zabitini öldürüb - “Financial Times”

Kursk vilayətinin Maryino şəhərində sanatoriyaya hücum nəticəsində Şimali Koreyadan olan general yaralanıb. Şimali Koreya ordusunun daha bir neçə zabiti həlak olub.

Qaziler.az bildirir ki, bu barədə “Financial Times” xəbər verir.

Nəşrin mənbəsinin sözlərinə görə, Maryinoya edilən hücum son bir həftə ərzində Kursk vilayətində şimali koreyalılara qarşı yönəlmiş hücumlardan biridir. 

"Financial Times"ın məlumatına görə, Şimali Koreyalı generalın kimliyi açıqlanmayıb. Lakin əvvəllər məlum olub ki, Şimali Koreya "Hücum Korpusu"nun xüsusi təyinatlı bölmələrinə nəzarət etmək üçün general-polkovnik Kim Çen Boku göndərib.

Onun Maryinoda yaralandığını təsdiqləmək mümkün deyil.

QAZİLER.AZ

 

 

 

Seçilən
12
3
qaziler.az

4Mənbələr