AZ

Ukraynanın buna görə AB üzvü olması çətindir - Sikorski

Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlar kənd təsərrüfatı və nəqliyyat sənayesində rəqabətlə əlaqəli mövcud iqtisadi ziddiyyətlər səbəbindən çətin olacaq.

Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sibiqa ilə Varşavada danışıqların birinci hissəsindən sonra deyib.

“Danışıqlar mürəkkəb olacaq və nəqliyyat və kənd təsərrüfatı kimi həssas məsələləri əhatə edəcək”, - deyə o bildirib.

Seçilən
28
axar.az

1Mənbələr