AZ

BƏƏ-də öldürülən ravvinin qətilləri Türkiyədə yaxalandılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İki gün öncə Birləşmiş Ərəb Əmirliklərində öldürülən yəhudi ravvinin qatilləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) təşkil etdiyi gizli əməliyyatla yaxalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Ravvin Koqanı öldürən üç Özbəkistan vətəndaşının qaçdığı müəyyən edildikdən sonra BƏƏ hökuməti Türkiyədən kömək istəyib. Milli Kəşfiyyat Təşkilatı ravvini öldürən cinayətkarların tutulması üçün işlərə başlayıb. Şəxslər İstanbula enərkən onların mindiyi taksi MİT və polis tərəfindən addım-addım nəzarətə götürülüb.
Polis qrupları taksini yoxlanış üçün saxlayıb və BƏƏ tərəfindən axtarılan 3 nəfəri yaxalayıb. Bildirilib ki, ravvini qətlə yetirən 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç cinayət törətdikləri ölkə olan BƏƏ-yə təhvil verilib.
Seçilən
43
oxu.az

1Mənbələr