AZ

Orbandan sülh proqnozu

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna münaqişəsi həll olunarsa, 2025-ci il fantastik il olacaq.

“Qafqazinfo” xəbər verir ki, Orban bu barədə sosial media hesabında paylaşım edib.

“2025-ci il sülh ili olarsa, fantastik olacaq! Biz hazırıq”.

Qeyd edək ki, Baş nazir daha əvvəl 2025-ci il üçün 3-5 faiz iqtisadi artımı və əhaliyə sosial dəstək tədbirlərini nəzərdə tutan “dinc vaxt” büdcəsini açıqlamışdı.

Orban həmçinin bildirib ki, ölkə siyasət və ideologiyadan daha çox iqtisadi faydanın üstünlüyünə əsaslanan neytrallığı hədəfləyir.

Seçilən
34
qafqazinfo.az

1Mənbələr