AZ

Levandovski 100-ə çatdı - VİDEO

UEFA Çempionlar Liqasının beşinci turunun “Brest”lə oyununda “Barselona”nın hücumçusu Robert Levandovski hesabı açıb. 

Fanat.Az xəbər verir ki, polşalı forvard hazırda davam edən matçın 10-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

Beləliklə, Robert Avropanın ən nüfuzlu klub turnirində 100-cü qolunu vurub. O, ÇL-də 100 və daha çox qol vuran 3-cü futbolçu olub.

Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu hazırda Səudiyyə Ərəbistanı "Əl-Nəsr"ində çıxış edən Kriştianu Ronaldudur. Portuqaliyalı futbolçunun aktivində 140 qol var. İkinci sırada sabiq “Barselona”lı Lionel Messi (129) qərarlaşıb.  

Əlavə edək ki, Robert bu mövsüm 18 matçda 20 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
7
fanat.az

1Mənbələr