AZ

ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsinin tədricən azaldılmasını gözləyir

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sisteminin rəhbər komitəsinin üzvləri inflyasiyanın zəiflədiyinə və əmək bazarının sabit qalacağına əminliklərini ifadə ediblər.

“Report” xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin noyabrın 6-7-də keçirilən iclasının yekunları ilə bağlı yayılan məlumatda deyilir.

Federal Ehtiyat Sisteminin rəhbərliyi inflyasiyanın artım tempindən razıdır, baxmayaraq ki, əksər göstəricilər üzrə hələ də hədəf 2%-i ötüb.

Onlar vurğulayıblar ki, baza faiz dərəcəsinin tədricən azaldılması mümkündür: “İclas iştirakçıları pul siyasətinin perspektivlərini müzakirə edərkən qeyd ediblər ki, məlumatlar gözləntilərə cavab verərsə, inflyasiya davamlı olaraq 2%-ə enməkdə davam edəcək və iqtisadiyyat təxminən maksimum məşğulluğu qoruyub saxlayacaq. Onda yəqin ki, zaman keçdikcə tədricən daha neytral siyasətə keçmək məqsədəuyğun olar”.

Seçilən
11
3
azpolitika.info

4Mənbələr