AZ

Türkiyə kəşfiyyatı BƏƏ-də öldürülən yəhudi ravvinin qatillərini İstanbulda yaxaladı -RƏSMİ ƏBU-DABİ BƏYANAT YAYDI

İki gün öncə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) öldürülən yəhudi ravvinin qatilləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) təşkil etdiyi gizli əməliyyatla yaxalanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ravvin Koqanı öldürən üç Özbəkistan vətəndaşının qaçdığı müəyyən edildikdən sonra BƏƏ hökuməti Türkiyədən kömək istəyib. 

 

Milli Kəşfiyyat Təşkilatı ravvini öldürən cinayətkarların tutulması üçün işlərə başlayıb. Şəxslər İstanbula enərkən onların mindiyi taksi MİT və polis tərəfindən addım-addım nəzarətə götürülüb.

 

Polis qrupları taksini yoxlanış üçün saxlayıb və BƏƏ tərəfindən axtarılan 3 nəfəri yaxalayıb. Bildirilib ki, ravvini qətlə yetirən 28 yaşlı Alimbay Tahiroviç, 28 yaşlı Mahmudcan Abdurrahim və 33 yaşlı Azizbek Kamiloviç cinayət törətdikləri ölkə olan BƏƏ-yə təhvil veriliblər.

 

Bu arada Birləşmiş Ərəb Əmirlikləri İsrail ravvini və yəhudi dini hərəkatının nümayəndəsi Tzvi Koqanın öldürülməsində şübhəli bilinən şəxslərin saxlanılmasında göstərdiyi köməyə görə Türkiyə hakimiyyətinə təşəkkür edib.

BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Birləşmiş Ərəb Əmirlikləri Tzvi Koqanın ailəsinə dərin hüznlə başsağlığı verir. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi həmçinin cinayətkarların tutulmasında göstərdikləri əməkdaşlığa görə Türkiyə Respublikasının hakimiyyət orqanlarına səmimi təşəkkürünü bildirir”.

Seçilən
32
3
senzor.az

4Mənbələr