AZ

Altı milyon dollara banan?

Divara yapışdırılmış banan “Sotheby's”də 6,2 milyon dollara satılıb.

Əsərin müəllifi “Qızıl tualetli “Amerika” instalyasiyası ilə tanınan italyan rəssamı Mauritsio Kattelandır.

Bananın yeni sahibi sosial şəbəkədə yazıb ki, tezliklə onu yeməyi planlaşdırır.

Bir tərəfdən maraqlıdır ki, 6 milyon 200 min dollara olan bananı yemək düzgün qərardırmı? Başqa bir sual: sənət əsərini yemək nə qədər düzgündür?

Sürrealizm janrı üçün belə bir nəticə ilk dəfə baş versə də, onun yanında Maqrittenin rəsminin 121 milyon dollarlıq qiyməti çox da yüksək görünmür.

Kətan üzərində “İşıq İmperiyası” adlı əsəri Maqrittenin ən diqqət çəkən əsərlərindən biridir. Bu, küçə lampasının işığı ilə işıqlandırılan gecə mənzərəsidir. Arxa fonda qaranlıq bir meşə və açıq bir səma var. Əsər onun ən yaxşı tablolarından biri hesab olunur.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
42
ikisahil.az

1Mənbələr