Məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs pərəstişkarlarını üzən açıqlama verib.
Redaktor.az xəbər verir ki, təxminən 14 il əvvəl silahlı hücuma məruz qalaraq başından yaralanan və uzun müddət müalicə alan 72 yaşlı sənətçi sağlamlıq durumu ilə bağlı sosial media hesabında paylaşım edib.
Yenidən fiziki terapiyaya başladığını bildirən Tatlısəs, bu sözlərlə pərəstişkarlarından dəstək istəyib:
"Allah hər kəsə təcili şəfalar versin, məni də yenidən yeridəcəyinə inanıram. Dualarınızı əskik etməyin".
Tatlısəsin bu açıqlaması pərəstişkarları arasında böyük kədər və dəstək mesajları ilə qarşılanıb.
Seymur BƏNNAYEV