Livandakı əməliyyatların dayandırılmasından sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları azad etmək üçün fəaliyyətə diqqət yetirməlidir.
“Far.Az” xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq özünün “X” sosial media hesabında yazıb.
“İndi biz fürsətdən istifadə edib Qəzzada oğurlanmış qardaş və bacılarımızı geri qaytarmaq üçün daha möhkəm və bütün gücümüzlə hərəkət etməliyik. Biz bunu təcili həll etməliyik. Yaranan razılaşma yalnız bir sınaqdan keçməli olacaq - İsrailin şimalının bütün sakinləri üçün tam təhlükəsizliyi təmin etmək. Aydın olmalıdır: İsrail dövləti öz vətəndaşlarını istənilən vaxt, istənilən yerdə və istənilən vasitə ilə qoruyacaq. Düşmənlərimiz bilməlidir: əvvəllər necə idisə, bundan sonra elə olmayacaq”, - deyə o qeyd edib.