Müğənnilər Aygün Şükürova və Yaşar Cəlilov arasında efirdə qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, sənətçilər qonaq olduqları “Gün ortası” verilişində söz savaşına çıxıblar.
Əvvəlcə studiyaya Aygün dəvət olunub. Şükürova “Növbəti qonağını çağır gəlsin. O mənə çox maraqlıdır. Onunla burada söhbətlərimiz olacaq” deyib.
Bu anda isə Aygünün həyat yoldaşı, rejissor Kənan Mahmudov proqramın aparıcısı Zümrüd Bədəlova zəng edib.
Lakin Zümrüd onun zəngə cavab verməyib.
Bir neçə saniyədən sonra kulis arxasında dayanan və təqdimatını əsəbi halda gözləyən Yaşar aparıcıya “Əgər mənə uyğun söhbətlər olarsa çıxıb gedəcəyəm” deyərək studiyaya daxil olub və mahnısını ifa edib.
Həmkarının ifası zamanı Aygün studiyanı tərk edib.
Zümrüd Yaşardan kulisdə Aygünlə aralarında nə baş verdiyini soruşub. Cəlilov qısa olaraq bildirib ki, bu söhbəti efirdə açmaq istəmir. O bildirib ki, kulisdə Kənanla danışıb və məsələyə aydınlıq gətirib və mövzunu verilişə qatmaq istəmədiyini dilə gətirib.