AZ

İsrail “Hizbullah”ın maliyyə obyektlərinə hücum təşkil edib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Livanın müxtəlif bölgələrində“Hizbullah” hərəkatının maliyyələşdirilməsi ilə bağlı obyektlərəhava zərbələri endirib.

Trend-inməlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətiaçıqlama yayıb.

Zərbələr zamanı hədəf alınan obyektlər arasında “Hizbullah”ınfəaliyyətinə sponsorluq edən və tərəfdarlarına maliyyə yardımıgöstərən Əl-Qard Al-Hassan maliyyə-kredit assosiasiyasının ofisləridə olub. Bundan əlavə, hərəkatın hərbi fəaliyyətinimaliyyələşdirmək üçün istifadə olunan Əl-İnsaf valyuta mübadiləmərkəzi də zərbəyə məruz qalıb.

Hücumlar Livanın müxtəlif bölgələrində, o cümlədən paytaxtBeyrut yaxınlığında, Səidə və Tire sahil şəhərləri ərazisində,həmçinin ölkənin şərqində yerləşən Bekaa vadisində doqquz fərqlihədəfə endirilib.

İsrail tərəfi bu zərbələrin “Hizbullah”ın maliyyəinfrastrukturlarını zəiflətməyə yönəldiyini bildirib.

Seçilən
26
az.trend.az

1Mənbələr