Bakı. Trend:
Kolumbiya hökuməti Böyük Britaniya vətəndaşları üçün viza rejimitətbiq edəcəyini açıqlayıb. Bu addım Londonun kolumbiyalılar üçünvizanı bərpa etməsinə cavab olaraq atılıb.
Trend xəbər verirki, Kolumbiya Prezidenti Qustavo Petro bu qərarı sosial şəbəkədəelan edib:
"Əgər Böyük Britaniya Kolumbiya vətəndaşları üçün viza rejiminibərpa edibsə, qarşılıqlılıq prinsipinə əsasən Kolumbiya hökuməti dəbritaniyalılardan viza tələb edəcək."
Böyük Britaniyanın Kolumbiyadakı səfirliyi çərşənbə axşamıbildirib ki, noyabrın 27-dən etibarən kolumbiyalılar Britaniyayasəfər etmək üçün viza almalıdırlar. Diplomatik missiyanınaçıqlamasına görə, bu qərar qeyri-qanuni miqrasiya və əsassızsığınacaq müraciətlərinin artması ilə bağlıdır.
Qeyd edək ki, 26 noyabr tarixinə qədər Böyük Britaniyaya biletalmış və dekabrın 24-dək ölkəyə səfər etməyi planlaşdırankolumbiyalılar üçün bu qaydalar tətbiq olunmayacaq.
Xatırladaq ki, Böyük Britaniya 2022-ci ilin noyabr ayındaKolumbiya vətəndaşları üçün vizanı ləğv etmişdi.