AZ

118 kiloqramlıq qadın 48 kq arıqlayaraq gözəllik kraliçası oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanəsilli ABŞ sakini sağlamlığı ilə bağlı narahatlıqdan 48 kq arıqlayaraq gözəllik kraliçası olub.
Oxu.Az-ın məlumatına görə, 39 yaşlı qadın öz hekayəsini "The Times of India"ya danışıb.
Vaşinqton ştatının Sietl şəhərində yaşayan Çandni Sinqh biznesdə uğurlu karyera qurub və ayaqqabı istehsalı şirkəti yaradıb. Lakin qeyri-sağlam qidalanma səbəbindən həmişə çox kök olub. 172 sm boyu olan qadının çəkisi 118 kq-a çatıb. Qadın doğuşdan sonra sağlamlığından ciddi narahat olduqdan sonra arıqlamağa qərar verib.
Qadın zərərli qidalardan imtina edərək ənənəvi hind mətbəxi yeməklərini hazırlamağa başlayıb. O, düyü, roti çörəyi, panir pendiri və toyuq kari yeyib. Bununla yanaşı, Sinqh davamlı kalori defisitini saxlamaq üçün porsiya ölçülərini nəzarətdə saxlayıb. O, zərərli qidaları dadlı və faydalı alternativlərlə əvəz etmək üçün bu məhsulları seçib.
Bundan əlavə, Sinqh həftədə üç-dörd dəfə idmanla məşğul olmağa başlayıb. O, yeriməyi və yüngül qaçışı idman zalında güc məşqləri ilə birləşdirib.
Qidalanma rejiminin dəyişdirilməsi və ciddi məşqlər sayəsində Sinqh 118 kq-dan 70 kq-a qədər arıqlayıb və bir çox sağlamlıq problemlərindən xilas olub. Üstəlik, özünə o qədər inamlı olub ki, "Mrs. Grand International USA 2024" evli qadınlar üçün gözəllik müsabiqəsində iştirak edib və qalib gəlib.
Seçilən
30
43
oxu.az

10Mənbələr