AZ

Bayden Kiyevə kömək etmək və silah ehtiyatlarını artırmaq üçün 24 milyard dollar istəyib

ABŞ prezidenti Co Bayden Konqresdən Kiyevə əlavə hərbi yardım və ABŞ silah ehtiyatlarından daha əvvəl Ukraynaya təhvil verilmiş ehtiyatlarının yerinin doldurulması üçün 24 milyard dollar ayırmağı xahiş edib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “Politico” nəşri məlumat yayıb.

Konqresdəki mənbələrinin bildirdiyinə görə, ABŞ qanunvericiləri tələbi noyabrın 25-də alıblar. Vaşinqton administrasiyası əvvəllər Kiyevə göndərilmiş silahların yerinin doldurulması üçün 16 milyard dollar ayrılacağını gözləyir.

Geri qalan 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) xətti ilə ayrılması təklif edilir.

Nəşrin yazdığına görə Ağ Ev rəhbərinin tələbinin uğur şansı azdır.

Seçilən
25
9
apa.az

10Mənbələr