Bakı. Trend:
Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ və Fransatərəfindən irəli sürülən təşəbbüsə uyğun olaraq yerli vaxtla saat04:00-da qüvvəyə minib.
Trend xəbər verirki, bu barədə “Əl Nahar” qəzeti məlumat yayıb.
Razılaşmaya əsasən, Livan ordusu BMT-nin Livandakı MüvəqqətiQüvvələrinin (UNIFIL) dəstəyi ilə ölkənin cənub sərhədi boyuncamərhələli şəkildə yerləşdiriləcək. Paralel olaraq, İsrail ordusu daöz qoşunlarını tədricən Livanın cənubundan çıxaracaq.
Müqaviləyə əsasən, Livan hökuməti qeyri-qanuni silahlı qruplarınfəaliyyətinə və onlara qaçaqmalçılıq yolu ilə silah tədarükünə sonqoymağı öhdəsinə götürüb. Bununla yanaşı, silah və sursat istehsalıilə məşğul olan qanunsuz obyektlər ləğv ediləcək, silah ehtiyatlarıisə müsadirə ediləcək.