AZ

"İçərişəhər" Muzey Mərkəzi tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan  "İçərişəhər" Muzey Mərkəzinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.

 

Qeyd: Mərkəzin direktoru Əminə Məlikovadır.

 

Xəyal Quliyev

Tarix: 27 Noyabr 2024, 08:03   
Seçilən
19
2
pravda.az

1Mənbələr