AZ

Almaniyadan Azərbaycana 37 nəfər təhvil verilib



Azərbaycan və Avropa İttifaqı arasında bağlanmış icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş çərçivəsində Almaniyadan Azərbaycana 37 nəfər Azərbaycan vətəndaşı təhvil verilib.

Newscenter.az xəbər verir ki, 2021-ci ildən bəri Almaniyadan Azərbaycana ümumilikdə 3000-dən çox vətəndaş geri qaytarılıb. Onların 600-dən çoxu readmissiya prosesinə əsasən ölkəyə gətirilib.

Bu dəfə geri qaytarılma prosesi Leipzig şəhərindən Bakıya həyata keçirilən çarter reysi ilə baş tutub. Təyyarədə geri qaytarılan 37 nəfəri 97 nəfərlik polis və tibbi heyət müşayiət edib.

Təyyarə saat 19:30 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Gələn şəxsləri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb.

Anar Əliyev
Seçilən
16
newscenter.az

1Mənbələr