AZ

Ən çox axtarışda olan şəxs Britaniyada saxlanıldı

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçular siyahısında olan şəxs Böyük Britaniyada saxlanılıb.

Noyabrın 26-da cinayətkar ABŞ-a ekstradisiya prosesinə başlamaq üçün məhkəmə qarşısına çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzeti FTB-yə istinadən məlumat yayıb.

Radikal heyvan hüquqları qrupu ilə əlaqəsi olan Daniel Andreas San Dieqo 2003-cü ildə Kaliforniyada heyvanlar üzərində sınaq keçirən şirkətlərin yerləşdiyi iki binanı bombalamaqda ittiham olunurdu.

San Dieqo 2003-cü ildən axtarışdadır. 2006-cı ilin yanvarında FTB onun həbs etməyə görə məlumat üçün 250.000 dollar mükafat təklif etdi.

2009-cu ildə həmin şəxs FTB-nin ən çox axtarılan terrorçular siyahısına daxil edilib.

Seçilən
18
ucnoqta.az

1Mənbələr