AZ

Bayden Konqresdən Ukraynaya daha 24 milyard dollar ayırmağı xahiş edib

ABŞ prezidenti Co Bayden Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və Kiyevə göndərilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün Konqresə gizli sorğu göndərib...

Poliqon xəbər verir ki, bu barədə Politico məlumat yayıb. Konqresmenlər Ağ Ev rəhbərinin bu müraciətinə dekabrda baxa bilərlər.

Konqresdəki mənbələrin nəşrə verdiyi məlumata görə, Ağ Ev konqresmenlərin “Amerika ehtiyatlarını artırmaq” üçün 16 milyard dollar ayırmağa razılaşacağını gözləyir və daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə təsdiq edilməsi təklif edilir. Bu, Pentaqonun birbaşa ordu anbarlarından avadanlıq və digər yardım təmin etməkdənsə, istehsalçılarla müqavilə bağlamasını nəzərdə tutur.

Politico, öz növbəsində, Konqresin Baydenin tələbinə razılıq vermə şansını “kiçik” olaraq qiymətləndirib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ prezidenti Co Bayden gələn il Ukraynanı münaqişəni davam etdirmək üçün lazım olan hər şeyi təmin edəcək. Noyabrın 13-də o, Ağ Evin Ukraynaya Konqres tərəfindən təsdiqlənmiş “hər dollar” vəsaiti yanvarın 20-nə, yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasına qədər təmin etmək niyyətində olduğunu bildirib.

Poliqon.info

Seçilən
19
1
poliqon.info

2Mənbələr