İsrail Livanda Hizbullahla atəşkəs razılaşmasını dəstəkləyib. Bu arada ABŞ-ın yeni seçilmiş prezidentinin qərargahı bunun Donald Trampın seçkilərdəki qələbəsi nəticəsində baş verdiyini bildirib.
Müvafiq bəyanatla Trampın Ağ Evə gəlişindən sonra milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin etmək istədiyi Maykl Volz çıxış edib. Onun sözlərinə görə, Livanda atəşkəsə nail olmaq üçün tərəflərin əldə etdiyi uğurda Trampın qələbəsi xüsusi rol oynayıb.
"Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində konkret addımların atılmasına görə şadam", - Volz sosial şəbəkədə yazıb.
O, həmçinin bölgədə baş verən xaos və terrorun əsas səbəbkarının İran rejimi olduğunu açıqlayıb.
“Biz onların terrora dəstəyinə dözməyəcəyik”, - deyə Volz əlavə edib.
Oxuməni.az