
Rusiya qüvvələri bu gecə pilotsuz təyyarələrlə (PUA) Ukraynanın paytaxtı Kiyevə hücum edib. Paytaxtın Dnepr rayonunda dağıntıların olduğu bildirilir.
Reyting.az xəbər verir ki, hücum nəticəsində qeyri-yaşayış infrastrukturuna ziyan dəyib. Bir yaralı hadisə yerində tapılaraq tibb müəssisəsinə aparılıb.
Kiyev administrasiyanın məlumatına görə, iki nəfər xəsarət alıb.
“İki qurban, onlardan biri Dnepr rayonundakı evdə dağıntılar nəticəsində zədələnib”, - Kiyev meri Vitaliy Kliçko Telegram-da yazıb.
V. QULİYEV