Ukrayna silahlı qüvvələri son üç gündə Qərb istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisində yerləşən hədəflərə iki zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, noyabrın 23-də Kursk vilayətinin Lotarevka kəndi yaxınlığında S-400 zenit-raket diviziyasının mövqeyinə beş ATACMS raketi ilə hücum həyata keçirilib.
Raket əleyhinə döyüş nəticəsində “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən üç raket vurulsa da, ikisi hədəfə çatıb.
Noyabrın 25-də Ukrayna daha 8 ATACMS raketi ilə Kursk-Vostoçnı hava limanına hücum edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, araşdırma Amerika istehsalı olan raketlərdən istifadəni təsdiqləyib.
Nazirlik həmçinin vəziyyətin nəzarətdə olduğunu açıqlayıb və əmin edib ki, cavab tədbirləri artıq hazırlanır.