AZ

Çempionlar Liqasında gecənin maraqlı NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında V turun qarşılaşmaları baş tutub.


Bakupost.az xəbər verir ki, "Barselona" doğma azarkeşləri önündə "Brest"i sınağa çəkib.

Katalonlar fransızların qapısına 3 dəqiq zərbə vurmaqla qalib gəliblər - 3:0. Levandovski dublla yadda qalıb. Bununla da, xallarını 12-yə çatdıran "Barsa" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Bunadək beş oyun ardıcıl məğlubiyyətə uğrayan "Mançester Siti" tilsimi qırsa da, qələbəni əldən verib. İngilis klubu "Feenoord"dan 3:0 üstün olduğu halda, sonradan 3 top buraxaraq 1 xalla kifayətlənib - 3:3. Xatırladaq ki, Qvardiolanın yetirmələri sonuncu dəfə oktyabrın 26-da qalib gəliblər.

"İnter" öz meydanında "Leypziq"i minimal hesabla məğlub edib - 1:0. Bu qələbə sayəsində Milan klubu 13 xalla yarış cədvəlinin zirvəsinə yüksəlib.

"Bayer Leverkuzen" "Zalsburq"a aman verməyib. Almanlar avstriyalıların qapısından 5 cavabsız top keçiriblər - 5:0.

"Arsenal" səfərdə "Sportinq"i, "Atalanta" isə "Yanq Boys"u darmadağın edib - müvafiq olaraq 1:5 və 1:6.

Seçilən
15
bakupost.az

1Mənbələr