AZ

COP29 Azərbaycan üçün beynəlxalq platformada əhəmiyyətli rol oynamaq imkanı yaratdı- ÖZƏL

"COP29 çərçivəsində iqlimlə sağlamlıq arasındakı əlaqə də xüsusi diqqət mərkəzində idi. Bu konfrans, həmçinin Azərbaycan üçün beynəlxalq platformada əhəmiyyətli bir rol oynamaq imkanı yaratdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı İqlim Bədəl Bədəlov deyib: "Maliyyə Fəaliyyət Fondu kimi təşəbbüslərlə Azərbaycan, həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə konkret addımlar atmağa sadiq olduğunu nümayiş etdirdi. COP29-un əsas nailiyyətlərindən biri, iqlim diplomatiyasında əhəmiyyətli addım olaraq, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları məbləğində maliyyənin təmin edilməsinin yeni qlobal hədəf kimi müəyyənləşdirilməsi oldu. Bu təşəbbüs, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və uyğunlaşmanı dəstəkləmək üçün qlobal səylərin gücləndirilməsini ifadə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
68
olaylar.az

1Mənbələr