AZ

“Amerika və Rusiya arasında müharibə hər an başlaya bilər” - ABŞ Hərbi Hava Qüvvələri naziri

“ABŞ və Rusiya və ya Çin arasında müharibə ehtimalı az deyil. Bu, hər an baş verə bilər”.

Missiya.Az “Newsweek”ə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri naziri Frenk Kendall deyib.

O, bildirib ki, Çin əsas milli prioritetlər olan Tayvan və Cənubi Çin dənizi də daxil olmaqla Sakit okeanın qərbində ABŞ qüvvələrini məğlub etmək üçün nəzərdə tutulmuş silahlara malikdir.

Kendall həmçinin qeyd edib ki, Rusiya qonşu ölkələrə qarşı güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirsə də, nüvə silahından istifadə imkanlarını ciddi şəkildə nəzərdən keçirib. 

“Nüvə müharibəsi təhlükəsi heç vaxt görmədiyim qədər realdır”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr