AZ

Dünyanın ən yaşlı adamı 112 yaşında öldü

Dünyanın ən yaşlı adamı, ingiltərəli Con Alfred Tinnisvud 112 yaşında vəfat edib.

KONKRET.az “The Mirror” qəzetinə istinadən xəbər verir ki, onun adı bu ilin aprel ayında “Ginnesin Rekordlar Kitabı”na salınmışdı. Bundan əvvəl Xuan Visente Peres Mora apreldə 114 yaşında vəfat edəndə Tinisvud dünyanın ən yaşlı insanı titulunu almışdı. Tinisvud avqust ayında 112 yaşını qeyd etmişdi. O, noyabrın 25-də İngiltərənin Sautport şəhərindəki qocalar evində vəfat edib. Bir qızı, dörd nəvəsi və üç nəticəsi var. Yeri gəlmişkən, Tinisvud 1912-ci ildə Liverpulda anadan olub. “The Guardian” yazır ki, onun sağlığında Böyük Britaniyada 24 baş nazir dəyişib. Tinisvud həm də İngiltərədə sağ qalan ən yaşlı İkinci Dünya Müharibəsi veteranı idi.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr