AZ

"Uber" və "Bolt"un belə işləri də var imiş- təzəni qeydiyyatdan keçirib köhnə maşınları işlədirlər?..

Image

“Uber”, “Bolt” şəbəkəsindən taksi sifariş verən sərnişinlər sistemdə göstərilən avtomobilin əvəzinə ünvana başqa avtomobillərin gəlməsindən şikayətlənirlər. Ehtimal edilir ki, bu cür şirkətlər ili yeni avtomobili qeydiyyatdan keçirdikləri halda daşınma üçün köhnə avtomobillərdən istifadə edirlər.

Bakıda köhnə avtomobillərin taksi fəaliyyəti ilə məşğul olunmasının qarşısı alınır. Bu kimi hallarda sürücülər köhnə avtomobillərini yeni başqa avtomobil adı ilə qeydiyyatdan keçirdir. Müştəri isə taksi sifariş verəndə tətbiqdə bir avtomobil görsənir, amma ünvana başqa avtomobil gəlir. Qanunvericilikdə bu cür sürücüləri hansı cəza gözləyir?

Aslan Əsədov: “Bəzi şəxslərin avtomobili yeni qeydiyyata alınıb, ancaq əlindəki nəqliyyat vasitəsini nə sata, nə də istifadə edə bilir”

Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu kimi hallar gözlənilən idi. Çünki bəzi şəxslərin avtomobili yeni qeydiyyata alınıb, ancaq əlindəki nəqliyyat vasitəsini nə sata bilir, nə də istifadə edə bilir. Bir sözlə, həmin nəqliyyat vasitəsi ona gəlir gətirmir: “Ancaq sürücü işini davam etdirməlidir. Bu problemin qarşısını almaq üçün insanlar öz biznesini risqə uyğun qurmalıdır. Əks halda hər hansı bir uğursuzluq müşahidə oluna  bilər”.

Elməddin Muradlı: “Hazırda ölkədə nəzarət tədbirləri gücləndirilmiş iş rejimindədir”

Nəqliyyat sahəsi üzrə ekspert Elmədin Muradlının sözlərinə görə, vətəndaşlar bu cür hallarla rastlaşarsa, 141 qaynar xəttinə məlumat verməlidir: “Bizim sakinlərin səsi yalnız sosial şəbəkələrdə çıxır, rəsmi şikayətdə yox. Vətəndaşlar daim dövlət qurumlarına kömək etməlidirlər. Həmin faktlar əsasında dövlət qurumları ölçü götürür. Hazırda ölkədə nəzarət tədbirləri gücləndirilmiş iş rejimindədir. Bu hadisələr ictimai xidmətlərin keyfiyyətini artırmaq məqsədi daşıyır və hər bir vətəndaşın aktivliyi ilə daha da effektiv ola bilər. Vətəndaşların dövlət orqanları ilə əməkdaşlığı cəmiyyətin ümumi rifahına müsbət təsir göstərir”.

Günel CƏLİLOVA





Seçilən
19
baki-xeber.com

1Mənbələr