AZ

GİN-dən Naxçıvan Şahmat Federasiyasının fəaliyyətini dayandırmasına MÜNASİBƏT

Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə (GİN) də daxil olub.

Bunu İdman.biz-in sorğusuna cavab olaraq GİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

O bildirib ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir: “Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Qeyd edək ki, bir gün öncə Naxçıvan Şahmat Federasiyası fəaliyyətini dayandırdığını açıqlayıb.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr