AZ

Dubayda Lətifəni hədiyyə “yağışı”na tutdular

Ötən gün opera və vokal ifaçısı Lətifə Soyuöz doğum günü olub.

OLAY yazır ki, 36 yaşına qədəm qoyan sənətçi ad gününü ailəsi ilə birlikdə Dubayda tətil edərək keçirib.

Müğənniyə oğlu, anası və prodüseri qaldığı lüks hotelin foyesində doğum günü sürprizi ediblər.

Daha sonra Lətifə ailə üzvləri tərəfindən aldığı bahalı hədiyyələrini nümayiş etdirib.

Hədiyyələr arasında son model “İphone” markalı telefon, çoxsayda “Louis Vuitton”, “Chanel”, “Salvatore Ferragamo” və digər bahalı brendlərə məxsus geyim və aksessuarları olub.

Axşam saatlarında isə hədiyyə “yağışı”na tutulan Soyuöz ailəsi ilə bərabər özəl gününü lüks restoranların birində şam yeməyində qeyd edib. 

Həmin anları isə müğənni özü lentə alaraq instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Seçilən
21
1
olay.az

2Mənbələr