AZ

Əməkdar müəllim vəfat etdi - Foto

Azərbaycanda Əməkdar müəllim ölüb.

Paralel.az -ın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məsləhətçi professoru Həsən Qulu oğlu Feyziyev dünyasını dəyişib. 

Onun 88 yaşı var idi.

Qeyd edək ki, Həsən Feyziyev 1936-cı il sentyabrın 10-da Cəlilabad rayonunun Tahirli kəndində dünyaya göz açıb.
Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirmiş, elmi fəaliyyətini 1969-cu ildə Moskvada VODGEO Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə başlayıb. 1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmiş və 1982-ci ildə professor elmi adına layiq görülüb.

Həsən Feyziyev dəniz suyunun şirinləşdirilməsi sahəsində elmi yenilikləri ilə AzMİU-nun adını beynəlxalq elmi dairələrdə tanıdıb. Onun təklif etdiyi texnologiyalar “Şimal” DRES-də və Sumqayıt istilik elektrik mərkəzində tətbiq olunmuş, yüksək iqtisadi və ekoloji səmərə ilə sınaqdan keçib.

H.Feyziyev 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, , 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.

Billurə

Seçilən
3
2
paralel.az

3Mənbələr