Bakı. Trend:
Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalaryol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır. Yağmurluhavalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşməehtimalının artması bəzən qəzaları qaçılmaz edir.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsiməlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkəmizdə, xüsusiləbölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədarnəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək belə havalardadaha diqqətli olmağı, sürət həddini minimuma endirməyi, araməsafəsini normadan artıq saxlamağı tövsiyə edir.
Bununla yanaşı, sürücülər qarlı, yağışlı havalarda avtomobilinmövsümə uyğun təchizatına, şüşə silgəclərinin, şüşəyuyanların, işıqcihazlarının saz vəziyyətdə olmasına, şinlərin protektorundakınaxışların qalmış hündürlüyünün normalara uyğunluğuna nəzarətetməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar.
Yağmurlu hava şəraitində piyadalar da məsuliyyətli olmalı, yolhərəkəti qaydalarına ciddi əməl etməlidirlər.