Sabirabad rayonunun Qaraağac kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib.
Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirib.
"Hadisə bu gün saat 08:00-da qeydə alınıb. Hadisə Sabirabad rayon sakinləri Samir Qurbanəli oğlu Umudovun idarə etdiyi "Daewoo" markalı, 90-MY-798 dövlət qeydiyyat nişanlı və Salatın Rəhman qızı Abuzərovanın idarə etdiyi "Toyota" markalı, 90-KU-752 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində qadın sürücü, eləcə də "Daewoo" markalı avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğlu hadisə yerində, sürücü - Samir Umudov isə xəstəxanada həyatlarını itirib.
"Daewoo" markalı avtomobildə olan azyaşlı isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
(oxu.az)
***
09:41
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.
Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.