AZ

COP29 konfransı ilə əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin TərəflərKonfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-intabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərinmüraciəti qeydə alınıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, tibb məntəqələrinəmüraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarınamüaciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaşüzərində Yeni Klinikada cərrahi əməliyyat (bridektomiya,appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdəambulator müalicə üçün buraxılıb.

İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika,Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi NeftçilərXəstəxanasında müayinə və müalicə olunublar.

Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrəümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydəalınıb.

Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar,hipertenziyalar, qastroenteroloji patologiyalar,nevrotik–emossional reaksiyalar, müxtəlif orqan və sistemlərinalqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarətolub.

Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardımbriqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmətgöstərib. Eyni zamanda, Heydər Əliyev adına Beynəlxalq Aeroportda,Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”,“Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqlarınməskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkimməntəqələri təşkil edilib.

COP29
COP29
COP29
COP29
COP29
COP29
Seçilən
6
35
az.trend.az

10Mənbələr