AZ

HRW: "COP29-a gələn fəallar qisas qorxusuna görə tənqiddən çəkiniblər"

Human Rigts Watch platforması hesab edir ki, Azərbaycanda fərqli fikirlərə qarşı repressiyalar COP29-da vətəndaş cəmiyyətinin iştirakını məhdudlaşdırıb. Fəallar COP29-un məkanından kənarda yürüş keçirə bilməyiblər.

Qurumun ətraf mühit və insan haqları üzrə baş məsləhətçisi Myrto Tilianaki yazır ki, iqlim konfransı ərəfəsində ölkədə hakimiyyət onlarla jurnalisti, hüquq müdafiəçisini və digər hökumət tənqidçilərini saxta ittihamlarla həbs edib və bu da COP29-a gələn ictimai fəalları özünüsenzuraya məruz qoyub:

“Söhbət etdiyim bəzi iştirakçılar, o cümlədən hüquq müdafiəçiləri, fəallar və jurnalistlər özlərini senzura etdiklərini etiraf etdilər və qisas qorxusuna görə Azərbaycan hökumətini açıq şəkildə tənqid etməkdən çəkindilər”, - Myrto Tilianaki qeyd edir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev BBC-yə bildirib ki, ümumiyyətlə, Azərbaycanda insan haqlarının vəziyyəti ideal deyil. Lakin COP29 vaxtı heç kəsə etiraz üçün məhdudiyyət qoyulmayıb.

“Məncə, orada aksiya keçirilməsinə bir qadağa qoyulmamışdı. Və oradakı ərazi BMT-nin ixtiyarında olan bir ərazidir, BMT-nin sərəncamında idi. Məsələn, o isveçli qadın var, getdi Tbilisidə Azərbaycana qarşı aksiya keçirdi. Elə gəlib, Azərbaycanda keçirərdi də. Burada keçirsə idi, onu həbs edəcəkdilər? Mənə elə gəlir ki, bu cür məlumatların yayılması heç də hər zaman həqiqətləri əks etdirmir”.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının qorunduğunu bildirir və belə tənqidləri əsassız və qərəzli sayır.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
17
bbc.com

1Mənbələr