AZ

Britaniyadakı ABŞ bazaları üzərində naməlum PUA-lar uçur

Britaniyadakı

Noyabrın 20-dən 26-na qədər olan müddətdə ABŞ Hərbi Hava Qüvvələrinin Böyük Britaniyadakı bazaları üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb.

Reyting.az
xəbər verir ki, kiçik pilotsuz təyyarələr Lakenheath, Mildenhall və Feltvell bazalarının üzərində və yaxınlığında müşahidə edilib.

Pentaqonun sözçüsü general-mayor Patrik Rayder deyib ki, hərbçilər buna ciddi yanaşır, lakin PUA-ları kimin buraxdığı barədə nəticə çıxarmaq hələ tezdir.

Onun sözlərinə görə, baza menecerləri indi müəyyən ediblər ki, bu müdaxilələrin heç biri baza sakinlərinə, obyektlərinə və ya həmin bazalardakı aktivlərə təsir etməyib.

Məmurlardan biri anonim olaraq jurnalistlərə deyib ki, o, dronlarla uçuşları həvəskarların işi hesab etmir, çünki onların hərəkətləri əlaqələndirilə bilər.

Xatırladaq ki, avqust ayında alman mediası naməlum pilotsuz təyyarələrin Almaniyadakı böyük sənaye parkının üzərindən uçduğunu yazmışdı. Söhbət Rusiyanın 600 kilometrə qədər məsafə qət edə bilən “Orlan-10” dronlarından getdiyinə dair şübhələr var. Dronlar kimya zavodları, LNG terminalı və işlək olmayan atom elektrik stansiyasının üzərində müşahidə edilib.

V. QULİYEV

Seçilən
12
reyting.az

1Mənbələr