AZ

Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma töhfə verəcək – Nazir

Bakı. Trend:

Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma vəqlobal emissiyaların azalmasına töhfə verəcək

Trend xəbərverir ki, bu barədə nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəkihesabında bildirib.

“İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığıəsasında hazırlanaraq COP29-da təqdim olunan Yaşıl artım portalı(https://growthlab.app/greenplexity) ölkələrə vəinvestorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə köməkedəcək.

Universitetin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinintəsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi iləyaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqatməlumatlarını əhatə edir. Yaşıl artım portalı karbonsuzlaşmayaxidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişafistiqamətlərinin formalaşmasını stimullaşdıracaq.

Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma vəqlobal emissiyaların azalmasına töhfə verəcək”, - deyə paylaşımdaqeyd olunub.

Qeyd edək ki, noyabrın 15-də Bakıda COP29 çərçivəsindəİqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab”Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmışqlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib. Layihənin2025-ci ildə tam olaraq fəaliyyətə başlaması planlaşdırılır.Portaldan istifadə ödənişsiz olacaq.

Seçilən
15
8
az.trend.az

10Mənbələr