AZ

Putinin gizli xəritəsi: Qonşu ölkəni üç yerə böldü

Rusiyanın Ukraynanı bir neçə yerə bölmək planının olması yeni xəbər deyil, Moskvanın belə niyyəti 2000-ci illərin əvvəllərindən var.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Katolik Universitetinin professoru, tarixçi Yaroslav Qritsak deyib.

Tarixçi Polşa xarici işlər naziri Radoslav Sikorskinin Rusiya Prezidenti Vladimir Putinlə söhbətini xatırladıb. Kreml sahibi Varşavaya Ukraynanın Lvov vilayətini işğal etməyi təklif edib.

Qritsak bildirib ki, Rusiya hələ 2004-cü ildə Ukraynanın üç yerə bölündüyünü əks etdirən xəritə hazırlayıb:

“Bu xəritənin tamamilə fərqli sərhədləri vardı. Söhbət Ukraynanın Qara dəniz sahilləri və sənaye mərkəzləri olan bütün ərazilərini ələ keçirmək niyyətindən gedir. Yerdə qalanlar da bir növ kənd təsərrüfatı ilə məşğul olan “Kiçik Ukrayna” olmalıydı, təxminən “Kiçik Rusiya” - Moskvaya sadiq qalan rejimə malik Belarusun surəti”.

Onun sözlərinə görə, Rusiyanın planında konkret hansı ərazilərin “ölkənin qərbi”nə aid olduğu qeyd edilməsə də, onun Ukraynada digər qonşu dövlətlərin də ələ keçirmələrini istədiyi bölgələr var. Qritsakın fikrincə, bu, yalnız Avropa İttifaqının parçalanması halında mümkün olardı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
1
teleqraf.com

2Mənbələr