AZ

Trampın komandası Kim Çen Inla birbaşa danışıqlara hazırlaşır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası “yeni diplomatik təkan” çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla birbaşa danışıqların aparılması imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Qeyd olunur ki, bu səylər silahlı qarşıdurma riskini azalda bilər.

Agentlik mənbələri vurğulayı ki, Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas kommunikasiya kanallarını bərpa etməkdir, lakin gələcək siyasi əlaqələr və onların qrafiki hələ qurulmayıb. Məlumatda qeyd edilir ki, Şimali Koreya ilə birbaşa məsləhətləşmələrin təşkili Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı problemləri səbəbindən arxa plana keçə bilər.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət KXDR və Cənubi Koreya arasında münasibətlərin pisləşməsi fonunda gərginləşib. Son üç həftə ərzində Seul Rusiya ilə KXDR arasında yaxınlaşma ilə əlaqədar Ukraynanı öldürücü silahlarla təmin etmək imkanını dilə gətirir. Lakin Bloomberg yazıb ki, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra Cənubi Koreya hakimiyyəti bu ehtimalı yenidən nəzərdən keçirir. Agentliyin mənbələri qərarı Cənubi Koreyanın respublikaçının mövqeyini nəzərə almasının zəruriliyi ilə əlaqələndiriblər.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr