AZ

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə regional seminar keçiriləcək

Bakı. Trend:

2024-cü il 2-3 dekabr tarixlərində Bakı şəhərində AzərbaycanRespublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya ƏqliMülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Kreativiqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusundaregional seminar keçiriləcək.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyatsahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalqtəşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə,Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirakedəcəklər.

İki gün davam edəcək tədbirdə ÜƏMT-nın peşəkar mütəxəssislərikreativ iqtisadiyyatın müxtəlif aktual məsələlərinə dair maraqlıməruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəllifhüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədəmüzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafındaAzərbaycan təcrübəsi haqqında məlumat veriləcək.

Beynəlxalq tədbirdə ölkəmizin nazirliklərinin, komitələrinin vədövlət agentliklərinin səlahiyyətli nümayəndələri, Milli Məclisinüzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatlarınəməkdaşlarının iştirakı gözlənilir.

Tədbirin əvvəlində media üçün brifinq keçiriləcək.

Seçilən
9
az.trend.az

1Mənbələr