Çin ABŞ-nın yeni prezidentinə xəbərdar edib
Çin, Kanada və Meksika ilə birlikdə Çinə əhəmiyyətli idxal rüsumları tətbiq olunacağını vəd edən Donald Trampa cavab verib.
Reyting.az-ın məlumatına görə, Pekin ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın belə bir mümkün qərarını “heç kəsin qalib gəlməyəcəyi” ticarət müharibəsinin başlanması kimi qiymətləndirib.
Xatırladaq ki, yanvarın 20-də vəzifəyə başladıqdan dərhal sonra Tramp Meksika və Kanadaya 25 faiz, Çinə isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Tramp deyib ki, Çin ABŞ-a fentanil dərmanının göndərilməsini dayandıracağı təqdirdə qərarını dəyişə bilər.
V. QULİYEV